Bir zamanlar Azərbaycan futbolunun gələcəyi hesab edilən Araz Abdullayevin 4-cü dəfə legioner həyatı uğursuz keçdi və Premyer Liqamıza geri döndü. 30 yaşlı futbolçu bundan sonra "Sumqayıt"ın şərəfini qoruyacaq.

Axı Arazı bu hala salan nə oldu? Düzdür, futbolçunun özündə də günahlar oldu. Gənc yaşında "Neftçi" kimi bir klubun əsas heyətində çıxış edən, böyük pulları içində "üzən", gecə həyatı yaşamağa meyilli olan bir uşağın düşdüyü vəziyyət bu oldu. Bəlkə də, Arazı ətrafındakılar dəyişdirə bilərdi. Yəqin ki, onlar da istəməyiblər ki, Azərbaycan futbolundan Araz Abdullayev kimi bir istedad çıxsın.

2011-ci ildə "Neftçi"dən İngiltərənin tanınmış və köklü klubu "Everton" böyük ümidlərlə göndərdiyimiz Araz burada da özünə yer tapa bilmədi. Yenidən "ağ-qaralar"a icarə əsasında qayıdan Abdullayev daha sonra Yunanıstan təmsilçisi "Panionios"a keçdi. Afina klubunda 9 oyuna çıxan oyunçu burda da ona verilən şansı doğrultmadı.

Daha sonra "Neftçi", "Qəbələ", "Anartosis"də çıxış edən futbolçunu 2018-ci ildə "Qarabağ" heyətinə qatdı. Düşündük ki, ərköyün Arazı Qurban Qurbanov düzəldə bilər. Lakin bu da baş tutmadı. Arazın intizamsızlığı Qurbanovu da təngə gətirdi və Abdullayev gözünü Türkiyə 2-ci liqasında mübarizə aparan iddiasız "Boluspor"da açdı. Türkiyə karyerasında 26 matçda 2 qol və 4 məhsuldar ötürmə edən Araz 1 illik məcarının ardından yenidən Kiprə geri döndü.

Kipr klubu "Etnikos"la 1 illik sözləşmə imzalayan Araz həm komandanın uğursuz çıxışı, həm də ağlında olan "darıxmaq" düşüncəsi ilə vətənə geri döndü. Amma bu dəfə fərqli bir kluba, "Sumqayıt"a. Yəqin ki, burdan da nə vaxtsa  Region Liqasına üz tutar.

Görəsən, Arazla yanaşı, digər futbolçularımızın da ölkəyə tez qayıtmaq sevdasının səbəbi nədir?

album 8088

thumb20110716124519327

Cavid Əliyev