“Latsio”nun hücumçusu Çiro İmmobile A seriyasında qollarının sayını 20-yə çatdırıb.

Offsideplus.az xəbər verir ki, XX turda “Spal”la səfər matçında poker edən 27 yaşlı forvard “qızıl buts” yarışında liderliyi ələ keçirib.

Bununla, cari mövsüm ölkə birinciliklərində ən çox qol vuran futbolçu ünvanına yiyələnən İmmobilenin aktivində 40 xal var. Onu 19 qolla PSJ-nin uruqvaylı hücumçusu Edinson Kavani izləyir. Harri Keyn (“Tottenhem”) və Mauro İkardinin (“İnter”) isə aktivində 18 top var.

Ötən mövsümün qalibi Lionel Messi hələlik 16 qolla 32 xal toplayıb.

Azərbaycan Premyer Liqasının geridə qalan 14 turunda cəmi 9 qolla bombardirlər yarışına başçılıq edən “Qəbələ”nin futbolçusu Baqali Dabo isə 9 xal toplaya bilib.

“Qızıl buts” uğrunda mübarizədə son durum:

1.Çiro İmmobile (Latsio / İtaliya)-20 qol

2. Edinson Kavani (PSJ / Uruqvay)-19 qol

3. Harri Keyn (Tottenhem / İngiltərə)-18 qol

4. Mauro İkardi-(İnter / Argentina)-18 qol

5. Məhəmməd Salah (Liverpul / Misir)-17 qol

Qeyd edək ki, Lionel Messi və Kriştianu Ronaldo hərəyə 4 dəfə “qızıl buts” mükafatını qazanaraq, rekorda imza atıblar.

apasport.az