"Sabah"ın müdafiəçisi Amin Seydiyevin Offsideplus.az-a müsahibəsi...
– Deyəsən, Türkiyədə dincəlirsən?
– Bəli, doğrudur. Artıq 10 gün olar ki, Türkiyədəyəm.
– Komandanın 14 tur ərzində çıxışını necə dəyərləndirərdin?
– İlk dövrə bizim üçün yaxşı keçmədi. Lakin ikinci dövrədə toparlanaraq, vəziyyətimizi nisbətən yaxşılaşdıra bildik. İnanıram ki, mövsümün ikinci yarısında da uğurlu çıxışımızı davam etdirəcəyik.
– Yaxşı transferlər edirsiniz. Lakin komanda nəticə qazana bilmir. Bunun səbəbi nə ilə bağlıdı?
– Bayaq da qeyd etdiyim kimi, yalnız çempionatın ilk dövrəsini yaxşı keçirmədik. Bunu şansızlıqla yanaşı, komandanın yeni olması ilə əlaqələndirərdim. Futbolçuların bir-birinə tam uyğunlaşmaması müəyyən qədər rol oynamışdı. Lakin ikinci dövrədən etibarən müsbət nəticələr əldə etməyə başladıq.
– Adın "Neftçi" və Türkiyə klubları ilə birgə hallanır. Hansısa təklif almısan ?
– Mən "Sabah"ın futbolçusuyam və burada özümü xoşbəxt hiss edirəm. Hazırda, ancaq komandamın uğurları barədə düşünürəm.
Cavid Əliyev