“Keşlə”nin yarımmüdafiəçisi Felipe Santosun Offsideplus.az-a müsahibəsi...
- Komandada özünü necə hiss edirsən?
– Yaxşı hiss edirəm. Xoşbəxtəm və komandanı bu vəziyyətdən çıxarmaq üçün əlimdən gələni edəcəm.
– Mövsümün sonunda “Keşlə”dən ayrılacaqsan?
– Düzünü desəm, dəqiq bilmirəm. Hazırda bütün diqqətimi mövsümü yaxşı başa vurnağa yönəltmişəm. Gələcəyin necə olacağını görəcəyik.
– Azərbaycanın mədəniyyətinə uyğunlaşa bilirsənmi?
– Əlbəttə, özümü evimdəki kimi hiss edirəm. Azərbaycanı, insanlarını, mədəniyyətini sevirəm. Burada yaşayan hər kəs üçün ən yaxşısısını arzulayıram.
– Azərbaycanın digər klublarından transfer təklifi almısan?
– Xeyr! Hər oyunda əlimdən gələni edirəm. Bilirəm ki, yaxşı mövsüm keçirsəm, böyük işlər ortaya çıxacaq.
– Ölkəmizin mətbəxində ən çox sevdiyin yemək hansıdır?
– Kabab çox xoşuma gəlir. Ədviyyatlarınız yaxşıdır. Sevdiyim yemək yoxdur. Bəlkə də bir gün mənim də sevdiyim yemək olar.
– Bilirsən ki, növbəti mövsümdən klubunuzun adı dəyişəcək və Şamaxını təmsil edəcək. Bu haqda fikrin nədir?
– Bu qərar məni təəccübləndirdi. Amma ümid edirəm ki, bu, azarkeşlərin kluba olan sevgisinə təsir etməyəcək. Bu hadisə komandamıza kömək edəcəksə, ən yaxşı şəkildə edilsin.
– Komandada ən yaxın dostun kimdir?
– Aldair Neto. Eyni dildə danışmağımız münasibətlərimizi asanlaşdırır. Hamıyla ünsiyyətim əladır. Həmişə hörmətimi qoruyuram.
– Bizim liqadakı hakimlərin səviyyəsindən razısanmı?
– Fikir bildirmək çətindir. İnanıram ki, daha yaxşı olacaq. VAR sistemi olsaydı, çempionata daha da kömək edərdi.
Cavid Əliyev