Futbol və sərmayə...

Bu gün dünya futbolunda nəinki milyonlar, milyardlar dövr edir. Ən varlı klub sahibləri arasında ərəb funksionerlərin olması artıq adi hala çevrilib. Ərəb milyarderlər hazırda dünya və Avropanın adlı-sanlı klublarını kurasiyasına götürüb. Ki, bu gün ən imkanlı klub sahibləri dedikdə onların adı ilk sıralarda gəlir.

Offsideplus.az bu yöndə "TOP-10-luğ"u sizə təqdim edir:

1. İngiltərənin "Nyukasl Yunayted" klubunu himayə edən Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun büdcəsi 320 milyard funt sterlinq təşkil edir.

2. İngiltərənin "Mançester Siti" klubunun sahibi Şeyx Mənsurun büdcəsi 23 milyard funt təşkil edir.

3. Avstriyanın "Zalsburq" klubunun prezidenti Dietriç Mateosçitsin büdcəsi 15 milyard funtdur.

4. İtaliyanın "Yuventus" klubunun sahibi Andrea Anyellinin büdcəsi 11 milyard funt sterlinqdir.

5. İngiltərənin "Çelsi" komandasının prezidenti Roman Abramoviçin büdcəsi 9 milyard funt təşkil edir.

6. ABŞ-ın "La Qalaksi" klubunun sahibi Filip Ansşuçsun büdcəsi 8 milyard funtdur.

7. London "Arsenal"ının prezidenti Stan Kroenkenin büdcəsi 6,8 milyard funt sterlinq təşkil edir.

8. Fransanın PSJ klubunun sahibi Nasir Əl-Xələfinin büdcəsi 6,5 milyard funtdur.

9. İtaliya "İnter"inin prezidenti Zanq Jindonqun büdcəsi 6,2 milyard funt sterlinqdir.

10. İngiltərənin "Vulverhempton" klubunun sahibi Quo Çuanqanqın sərvəti isə 5 milyard funt təşkil edir.