Gənclər arasında narkotik aludəçiliyinin yaranmaması və pis vərdişlərin qarşısının alınmasını barədə danışmazdan əvvəl idmanın əslində nə kimi faydaları olduğunu anlamaq vacibdir.

İdman bir fiziki fəaliyyət olmaqla yanaşı, cəmiyyətin gümrah qalması və sağlamlığın qorunması üçün əsas vacib amildir.

Narkotikə yox, idmana hə!

Professional idman fəaliyyəti zamanı gələn maddi gəlirlərlər əlavə, kütləvi şəkildə cəmiyyət üçün idmanın faydaları özündə şəxsiyyətin ruhən və fiziki təkmilləşdirilməsi, vaxtın səmərəli keçirilməsi, ünsiyyətin artırılması, sağlamlığın qorunması, stressdən azad olmaq, rəqibə qarşı hörmət göstərilməsi və rəqabət ruhunun aşılanması kimi keyfiyyətləri ehtiva edir. Onu da qeyd etmək lazımdır ki, peşəkar idmançıların oyun zamanı aşıladıqları ədalət prinsipləri və onların idman vasitəsilə çatdırdıqları dəyərlər milyonlarla gənclərə örnək ola bilir.

İnsanlar antik dövrlərdən başlayaraq idmanın müxtəlif növləri ilə həm fərdi olaraq, həm də komanda formasında məşğul olmağa başlamışlar. İlk dəfə e.ə 776-cı ildə Qədim Yunanıstanda keçirilməyə başlamış Olimpiya oyunları və müxtəlif dövrlərdə iştirakçı atletlər arasında Yunan və Roma imperatorlarını, filosofları və dövrün digər məşhur ictimai xadimlərini görmək olardı.

2

Media və sosial mesajlar vasitəsilə cəmiyyətdə gənclərin qarşılaşacağı və artıq üz-üzə gəldiyi bəzi məsələləri, prinsipləri və mesajları idarə etmək çətin olsa da, lakin məktəbdə, təlim-məşq toplanışı zamanı və komanda daxilində idmanın hansı prinsiplərə xidmət etdiyini və şərtlər çərçivəsində nizam-intizam qaydalarına necə riayət etməyi öyrənmək və öyrətmək mümkündür.

Narkotik vasitələrin gənclərə və idmançılara təsiri

Narkotik vasitələrin insana və xüsusən də idmanla məşğul olan şəxslərə hansı zərərlər vurduğunu və heç bir güc artırmaq potensialı olmadığını çatdırmaq lazımdır. Araşdırmalara əsasən psixotrop maddələrin əsas zərərləri tərəfli aşağıdakılardır:

- diqqətin yayınması, sürətli qərarlar vermək və təhlükələri qiymətləndirmək qabiliyyətinin azalması;

- yaddaş funksiyasının azalması və reaksiya müddətinin azalması;

- zəif müvazinət və hərəkət bacarıqlarının geriləməsi;

- piylənmənin artması və ya həddən artıq çəki itirmək;

- reallıq hissinin itirilməsi və mühakimə etmək bacarığının zəifləməsi;

- göz-əl koordinasiyasının azalması və reaksiya müddətinin azalması da daxil olmaqla digər sərxoşuluq vəziyyətləri

- tez yorulma

- ürək-damar sisteminin sıradan çıxması və ritminin pozulması

- yuxu rejiminin pozulması

Bu işdə hansı addımlar atılmalıdır?

Gənclər arasında idman sevgisinı gücləndirməklə, avtomatik olaraq gənclərdə bir idmançı kimi bir çox qoruyucu faktorları gücləndirmək mümkündür. Belə ki, məşqçilər, menecerlər və idmançılar birlikdə çox vaxt keçirdikləri və ortaq bir məqsəd üçün çalışdıqları üçün güclü ünsiyyət və şəxsi əlaqələr inkişaf edir. Oyunçuların sağlamlığına zərər vura bilən və oyun qabiliyyətlərini təsir edə biləcək müxtəlif problemləri (məsələn, zərərli, pis vərdişlər) olduğunu öyrənə bilərlər və bu yolla idman cəmiyyətin inkişafı üçün əsl vasitə ola bilər.

Gənclər arasında narkotik maddə asılılığını azaltmağı hədəfləyiriksə, ilk növbədə insanlar arasında narkotik vasitələrin istifadəsinin yayılma arealı və təhlükə dərəcəsini öyrənmək lazımdır. İstifadə olunan maddələrin növləri, ilk istifadəçinin yaş həddi, istifadə səviyyəsi (təcrübi, təsadüfi, müntəzəm və ya asılı), sağlamlığa və cəmiyyətin təhlükəsizliyinə dəyən zərərlər, istifadəyə töhfə verən amillər (risk faktorları) və amillər haqqında məlumat toplamaq lazımdır.

Bu barədə gənclər və yeniyetmələrlə çalışan təlimçi Məmməd Orucova suallarımızı ünvanladıq. Tanınmış ekspert gənclərin öz bədənlərini zəhərləməklə bağlı fikirlərini bölüşüb:

3

"İdmanla məşğul olan gənclər praktikada başa düşməlidirlər ki, onların ən yaxın dostu özləridir. Nə qədər sağlamlıqlarını qorusalar, bir o qədər yaxşıdır. Və onların bədənləri də uzun müddət sağlam qalacaq. Narkotik nədir? Narkotik bdən potensialının dağıdılması bahasına şüurun həzz almasıdır. Bu, sevdiyiniz iti şəkərlə bəsləyib, onun ölümünü yaxınlaşdırmasına bənzəyir. İnsan özünə çox ciddi şəkildə nəzarət etməlidir, çünki insanın ən yaxın dostu özüdür. Ali məxluq kimi insan öz bədənini zəhərləməməlidir".

Narkotik istifadənin vəziyyəti haqqında dəqiq təsəvvür yaratmaq üçün vəziyyətin dəyərləndirilməsi və bunun üçün isə bir çox mənbələrdən məlumat toplanması vacibdir. Bu məlumat isə iki növ ola bilər: kəmiyyət (statistika) və keyfiyyət (aludəçilərin təəssüratları və hisslər).

Bu məlumatların bəziləri artıq mövcud faktlar əsasında (polis, reabilitasiya mərkəzi və xəstəxana qeydləri), bəziləri isə sorğu vasitəsilə toplana bilər. Vəziyyətin qiymətləndirilməsi və məlumatın toplanması üçün mütləq gənclər cəlb edilməlidir.

Narkotiklə mübarizə üçün qarşıya qoyulan məqsədlər öz həllini tapması üçün ilk növbədə məqsədləri real müəyyənləşdirmək lazımdır:

1. Narkotikdən istifadənin qarşısını tamamilə almaq, gecikdirmək və ya azaltmaq;

2. Narkotikdən istifadənin aludəçisi olmağa imkan yaratmayaraq, ağır zərərli təsirlərinin qarşısını almaq və ya azaltmaq;

3. Narkotik aludəçisi vəziyyətinə qayıtmağın qarşısının alınması

Komanda, klub və ya liqalar özlərinə şüarlar seçərək narkotik əleyhinə mesajları oyunçulara asanlıqla çatdıra bilər. Məsəlçün, “Bunu yalnız sən edə bilərsən, ancaq tək yox”, “İdmana hə - narkotikə yox”, “Burada narkotik oynamır”, “Cəmiyyətə sağlam qayıdırıq”, “İdman gənclərə bir daha şans verir” və s.

1627377871 1626962283 1626442780 1625744715 1625297110 media agentlik

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə (6.3.19-cu yarımbəndi-uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə) hazırlanmışdır.