Azərbaycanın ən tanınmış qadın voleybolçularından biri, Braziliyanın “Sesi Volei” klubunun hücumçusu Polina Rəhimova Offsideplus.az-a verdiyi eksklüziv müsahibədə milli komandadan getməsinin səbəblərini açıqladı.
- Faiq Qarayev müsahibəsində qeyd etmişdi ki, siz milli komandaya qayıda bilərsiniz. Bu qayıdışın baş tutmama səbəbi nədir?
- Faiq Qarayev çox şey deyə bilər. Onun fikirlərinə hörmətlə yanaşıram, amma qayıtmaqla bağlı mənimlə heç kim danışmayıb. Millidən getmək mənim qərarım idi.
- Bəs səbəb?
- Səbəb isə millidə son oyunumda topu oyuna daxil etməyə imkan verməməkləri oldu. Əslində, səbəblər həddindən artıq çoxdur. Lakin keçmişə qayıtmaq istəmirəm.
- Sizin vaxtınızda millimiz çox güclü, nəticələrimiz isə yaxşı idi. Amma artıq biz Bosniya və Herseqovinaya belə uduzuruq…
- Nəinki mənim vaxtımda, məndən əvvəl də yığmamız güclü olub. Alla Həsənova, Yelena Şabovta və digərləri gedəndən sonra, onların əvəzinə bizim nəsil gəldi. Lakin Olimpiya Oyunlarına qatılacaq qədər güclü deyildik. Azərbaycan yığmasındakı eniş isə milliləşdirib, pasport verməklə meydana buraxan yox, gəncləri yetişdirə biləcək sistemin olmamasının nəticəsidir. Əgər gənc voleybolçular ölkədə yetişsə, onda həm də yığmada patriotizm və istək çox olar.
- Sizcə bunlar hamısı maliyyə sıxıntıları ilə bağlıdır yoxsa ard-arda buraxılan səhvlərin?
- Düz deyirsiz, əsasən bu, ard-arda buraxılan səhvlərin nəticəsidir. Sistem səhv qurulub. Hamı öyrəşib ki, bütün problemləri Faiq Qarayev həll edir, amma o, ölkədə təkdir və ona da kömək lazımdır. Düşünürəm ki, bu uzun illər ərzində Faiq Qarayev onun işini davam etdirə biləcək, ürəyini voleybola verəcək doğru insanları tapa bilmədi. Məhz bu səbəbdən o, müvəqqəti olaraq voleyboldan uzaqlaşdı. Təəssüf ki, gəncləri yetişdirə biləcək peşəkar məşqçilər, hətta yerli çempionat belə yoxdur. Sponsorların, formaların heç bir fərqi yoxdur: əsas odur ki, çempionat olsun. Çempionat keçiriləndən sonra isə yığma haqqında danışmaq olar.
- Sizi yenidən yığmada görmək olarmı?
- Bu suala dəqiq cavabım yoxdur. Əlbəttə ki, ehtimal var, amma bunun üçün nəyin baş verməsi lazımdır, bilmirəm. Hazırda, yay tətilindəyəm, zədələrimi sağaldaraq, yeni mövsümə hazırlaşıram.