Azərbaycana gəldiyimdən gündən, 2019-cu ilin sonlarından bu yana Offsideplus.az saytının əməkdaşı qismində ölkədəki bütün stadionlara baş çəkib, Premyer Liqa matçlarında iştirak etmişəm. Hətta paytaxtdan bi qədər aralıda yerləşən Zirə və Sumqayıta səfər etmək də qismətimdə olub.

Futbol dairəsindəki insanlarla görüşmək adama əlavə həzz verir. Mehriban və qonaqpərvər həmkarlarımın siyahısına klub rəsmilərini də mütləq əlavə etməliyəm.

Bir neçə gün əvvəl qısa müddətlik də olsa, ab-havanı dəyişmyi qərara aldım. Azərbaycanın bölgələrini görmək arzum canlanmışkən, ilk olaraq ağlıma Qəbələ gəldi. Axı bura Azərbaycanın tanınmış bir şəhəri və məşhur turizm mərkəzidir. “Qəbələ” İdman Klubunun adından da göründüyü kimi, bölgə təmsil etməsi, həmyerlim Ceyms Adeniyinin bu komandada oynaması səfər üçün hərəkət sürətimi artırmağa təkan verdi.

Səyahətim və Qəbələdə qalmaq üçün təşkilatçılıq işində “Qəbələ”nin mətbuat katibi Anar Hacıyev köməyimə çatdı ki, ona xüsusi təşəkkür etməliyəm.

Çərşənbə axşamı “Qəbələ” “Səbail”i qəbul edəcəkdi, lakin mən bir gün əvvəldən səfərə çıxmağı əvvəldən planlamışdım. Bazar ertəsi səhər heç vaxt unutmayacağım tələsik və 4 saatlıq möhtəşəm səfər baş tutdu.

Məqsədim Beynəlxalq Avtovağzaldan yola çıxmaq olsa da, ora çatanda Qəbələyə gedən avtobusun olmadığını öyrəndim. Beynəlxalq Qadınlar Günü ilə əlaqədar tətil idi deyə, marşrutlar işləmirdi. Ətrafdakı səssizliyi taksi sürücülərinin səs-küyü pozurdu.  Sürüclər məni görən kimi üzərimə elə şığıdılar ki, sanki hansısa cinayətkarı həbs etmək zamanı yetişib. Sonradan məqsədlərinin nə olduğunu anladım: mümkün qədər çox pul qoparmaq.

hhhh

Bakıdan Qəbələyə getməyim üçün bütün rəqəmlərin varlığından növbəti dəfə xəbərdar oldum: 60,70, 80, hətta 100 manat. Halbuki taksi ilə ora getməyin xərci 10-15 manatdır. Ən pis halda 20 manat. Nəhayət, elə həmin 20 manatı ödəməklə daha dörd nəfərlə yola çıxdıq.

Yarısı səhralarla, yarısı da meşələrlə müşahidə olunan təxminən 4 saatlıq səfərin yekununda möhtəşəm təbiəti ilə seçilən Qəbələyə çatdım və şəhərin adını daşıyan oteldə məskunlaşdım.  

Hava alışmadığım dərəcə soyuq, digər tərəfdən də qar yağır. Amma mən elə bu gözəllikləri görmək üçün Qəbələyə getdiyimdən, oteldə qalmaqla kifayətlənə bilməzdim. Həm də gecəni rahat yatmaq üçün bir şeylər tapıb yeməliydim. Yerli mətbəxin təamlarından dadmaq üçün yaxınlıqdakı restoranlardan birinə baş çəkdim. Təkcə yemək yemədim. Həm də olduqca maraqlı anlar yaşadım. Təsəvvür edin, mənə isti münasibət göstərən yerli sakinlərin ingiliscəsi bərbaddır, mənim Azərbaycan dili biliyim isə “bəli, xeyr, salam, sağ ol” dərəcəsindir. Buna baxmayaraq, rahat şəkildə ünsiyyət qurdur, zarafat etdik, deyib-güldük, hətta birlikdə pivə içmək də xoş oldu.

Oyun günü səhər yeməyimi yeyən kimi şəhər turunə başladım. Dostlarım Qəbələ Atıcılıq Klubuna baş çəkməyi əvvəldən məsləhət gördüyündən dediklərinin doğruluğunu yoxlamaq üçün öncə ora baş çəkdim. Təriflədikləri qədər var imiş. Bir neçə güllə aldım, atəşi davam etdirmək üçün bu dəfə dağa qalxmalı oldum.. AK-74  kimi tanınan Kalaşnikov avtomatından havaya ardıcıl güllələr buraxdım. Atışdan sonra həmin ərazinin gözəlliyindən zövq almaq üçün bir neçə dəqiqəlik ayaq saxlayıb, şəkillər çəkdirdim ki, nə vaxtsa dostlarıma danışanda əlimdə əyani sübut olsun.

hhhhh

Təbiətin gözəlliyi ağlımı başımdan necə almışdısa, havanın hərarətinin -1-ə düşdüyünün fərqində deyildim. Həyəcan canımı isidirdi. Lakin bir anda xəstələnməyə doğru getdiyimin fərqinə vardım. Oyunun startına xeyli vaxt qalsa da, düşünmədən stadionun yolunu tutdum. Çatan kimi də, sağ olsunlar, dərhal çaya qonaq etdilər.

Açığı, oyunun necə keçdiyini bilmədim. Artıq soyuq canıma “işləmişdi” və mən Bakıya necə qayıdacağımı, qayıdandan sonra necə sağalacağımı düşünürdüm. Yaxşı ki, ikram edilən ardıcıl çay fincanları əhvalımı müəyyən qədər yüksəldirdi.

Oyun başa çatdı və bu, Bakıya qayıtmalı olduğumun vacibliyi demək idi. “Qəbələ”nin işçisi məni Bakıya sərnişin daşıyan taksilərin dayanacağına qədər gətirdi.. Bu dəfə hansısa “50-100 manat”dan söhbət getmədi, normal gediş haqqı üçün 15 manatı ödəyib, maşına ətyləşdim. Əhvalım yola düşəndəki kimi yüksək deyildi, yorğunluq və xəstəlik hətta danışmağıma imkan vermirdi. Hamı sait oturub yola baxdığı halda, mən yerimdə titrədirdim.  

Bakıya çatan kimi özümü öncə aptekə, daha sonra kafelərdən birinə “atıb”, dərhal evə yollandım. Və elə həmin gündən – çərşənbə axmaşından bu yana evdə oturub canımda girən Qəbələ soyuğunu çıxarmağa çalışıram.

Bütün bunlara baxmayaraq, Qəbələyə səfər etməyə dəyərdi. Yəqin ki, nə vaxtsa bir daha gedəcəm.

CONPAUL NNAMDI, Bakı-Qəbələ-Bakı