"Neftçi"nin idman direktoru Ceyhun Sultanov və agent Xanbaba Daşdı arasında yaşanan qalmaqal hələ də davam edir.
Offsideplus.az xəbər verir ki, "flaqman"ın üzvü Saman Nərimancahanın transferində yaşanan problem hələ də öz həllini tapmayıb.
Bu barədə məlumatı saytımıza açıqlamasında Xanbaba Daşdı deyib.
"Neftçi" ilə problem hələ də olduğu kimi qalıb. Klubun idman direktoru Ceyhun Sultanovla prezident Kamran Quliyevin nə düşündüyü məni maraqlandırır. "Neftçi" rəhbərliyinin susqunluğunun səbəbi nədir ? Bəlkə addım atdıqları halda cavab verməyimdən qorxurlar? Onlar bəzi məsələlərdə haqlıdırlar, amma bu, mənə ödəniş etməmək anlamına gəlmir. İranlı "menecer"ə qucaq açan "Neftçi" rəhbərliyi mənim etikadan kənara çıxacağımı düşünürdü. Futbolun bu tərəfini gözəl bilirəm, amma belə bir iş görəmn rəhbərliyin etdiklərinin qarşısımnda niyə susmalıyam?
Kamran Quliyev və Ceyhun Sultanov özlərini haqq tərəfdarı , şəffaf insan kimi görürlərsə, son iki ildə klublar menecerlə arasında bağlanan müqavilələri ictimayətə açıqlasınlar. Ordakı rəqəmləri də gizlədib, üzərini qaralasınlar , ancaq müqavilələri atsınlar ortaya baxaq, şahidlik edək. Şəffaflığı pozmaq istəmirlər ? Bunu mənə sübut etsinlər 20 min manatdan çox menecerlik haqqından imtina edəcəm".
Agent klubu əvvəlcə AFFA-ya sonra digər ali qurumlara şikayət edəcəyini bildirib:
"Hələlik heçnə etməmişəm. AFFA-ya və digər ali qurumlara hələlik heç bir rəsmi şikayət bildirməmişəm. Federasiya rəsmilərindən kiminləsə müzakirə etməmişəm. Şirkətimiz tərəfindən bütün sənədlər toplanılıb. Karantin sonra rəsmi şəkildə şikayətimizi edəcəyik. Bu, "Neftçi" və menecerlər arasında yaşanan ilk problem deyil. Ad çəkməyim düzgün olmaz, bir neçə menecerlə bu cür problemlər yaşayıb klub. Deməli, təsadüf deyil bu. Qaçmaqla heçnə dəyişməyəcəyini dərk etməlidilər. Şirkət rəhbərliyinə də lazım olanlarları demişəm, bu məsələni hər zaman gündəmdə saxlayacam. Sadəcə "Neftçi" adına görə çox utanıram. Komandanın illərlə tribunada dəstəkləmişəm. Sırf bu məsələyə görə problem yaşadığımıza görə, utanıram".