“Qəbələ”nin sabiq futbolçusu Ruslan Fomin Ukraynanın "Fooball.ua" saytına geniş müsahibə verib.
Offsideplus.az xəbər verir ki, “Mariupol”da forma geyinən 34 yaşlı hücumçu ölkəmizdə çıxış elədiyi vaxtlardan da danışıb:
– “Qəbələ”, “Atırau” və “Apollon”da çıxış etdiyiniz dövrlərdən hansı daha yaxşı xatirənizdə qalıb?
– Müsbətdən daha çox mənfi məqamlar qalıb. Bu mərhələlər mənim üçün çox yaxşı deyildi. Azərbaycanda olduğu kimi, Qazaxıstanda da mənə çətin idi. Yeganə müsbət məqam Yunanıstan – günəşli Yunanıstan idi. Komandamız da yaxşı idi. Bu dili bilməmək pis idi. Çünki insanlar ingilis dilində danışırdılar. Onlara dərhal uyğunlaşmaq çətin idi. Ehtiyyatda qalırdım, məşqçi taktikada heç nəyi dəyişmirdi. Evə qayıtmaq və özümü futbolçu kimi hiss etmək istəyirdim. Əminlik olmayanda məşqə gedirsən, amma heç nə etmək istəmirsən. Bu isə o deməkdir ki, ya nəyisə dəyişmək, ya da futbolla qurtarmaq lazımdır. Yeni emosiyalar üçün Ukraynaya qayıtmaq istəyirdim.
– Azərbaycanda mətbuatın bütün futbolçulardan tələbi böyükdür?
– Əlbəttə, bəli, onların mətbuatı… Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycana gələn hansısa legioner futbolçu medianın təzyiqinə, tənqidinə məruz qalmalıdır. Onlar həmişə bizi tənqid edirdilər: Budur, “Qəbələ”, Qriqorçuk özü ilə futbolçularını da gətirib”. Sanki yalnız dördümüz – mən, Mixail Sivakov, Aleksey Qay və Dmitri Bezotosnı komandaya çempionluq qazandırmalı idik. Bu, komandanın daxilində də belə idi və kənardan da görünürdü ki, münasibət birmənalı deyil. Dili bilmirsən, amma hiss edirsən ki, yaxşı şeylər danışmırlar. Səninlə üzbəüz danışırlar, gözlərinin içi gülür. Amma arxanca isə səni təhqir edə, alçalda bilərlər.
– Ardıcıl 2 dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanandan sonra vəziyyət dəyişdi?
– Düşünürəm ki, vəziyyət bundan sonra dəyişdi. Qriqorçuk onların şüurları altında yenidən formalaşdı. Bizdən sonra oraya ukraynalılardan yalnız Aleksey Antonov və Vitali Vernidub getdi ki, onlar da çox qalmadılar. Ukraynadan başqa, dünyanın müxtəlif ölkələrindən olan futbolçulara daha çox üstünlük verdilər. İlk təcrübə bir az narahat oldu. Yəqin, buna görə daha ukraynalılara baxmadılar. Başqa bazarlara yönəldilər ki, bu da öz nəticəsini verdi.
– Amma Qəbələ” çempionluq qazana bilməyib...
– Orada vəziyyət artıq əvvəlki kimi deyil. Yuri Syominin vaxtında “Qəbələ”də, ümumiyyətlə, qızıldan dağlar var idi. “Qəbələ” Azərbaycanın ən zəngin klubu sayılırdı. Deyilənə görə, legionerlər Qəbələdə deyil, Bakıda yaşayırdılar. Əyalətdə qalmaq mümkün deyildi. Yalnız otel, 2 meydança və bir stadion var. Ərazidə heç yerə çıxa bilmirsən. Hansısa kinoteatrdan danışmaq yersizdir.
– “Qəbələ”də birlikdə oynadığınız həmvətənlərinizlə əlaqə saxlayırsız?
– Çox nadir hallarda. Amma hərdən olur ki, yazışırıq. Bu yaxınlarda Qay və Bezotosnı ilə yazışırdıq. Həqiqətən, çox ünsiyyət qurmuruq, bəzi bayramlarda bir-birimizi təbrik edirik. Mixail Sivakovun ad günündə ona yazmışdım. Yaxından ünsiyyət qurmuruq, ancaq görüşəndə çox isti münasibət göstəririk.
– Bəzi azarkeşlər Roman Qriqorçukun “Dinamo”ya rəhbərlik etməsini istəyir.
– Əlbəttə, ola bilər. Mən onu sərt xarakterli, güclü baş məşqçi hesab edirəm. Yəqin ki, bu xarakterə hər kəs tab gətirə bilməz. Ancaq qələbələr üçün Roman “Dinamo”da nələrisə dəyişəcəkdi. Nəticənin necə olacağını demək çətindir. O, xüsusi məşqçidir.