Dünyada futbolun popuyarlaşmasında əsas pay sahiblərindən biri də agentlərdir. Onların sayəsində idman bu sahəsinə "şah" adını veriblər. Məhz agentlər futbolçuların transferlərin reallaşmasına vasitəçi olurlar. Bu sahənin işçiləri "idmanın şahı"nda milyonların dövriyyə etməsinə şərait yaradırlar.

Azərbaycan futbolunun agentlik baxımından problem varmı? Bu sahənin inkişafı üçün hansı işləri görmüşük? Agentliklə bağlı Offsideplus.az-ın suallarını  Ramil Adıgözəlov və Emil Şükürov cavanlandırdı.

 

- Hansı ölkənin çempionatları ilə əməkdaşlıq edirsiniz?

WhatsApp Image 2020 04 24 at 12.34.55 1

Ramil: Əsasən Moldova və Avropanın ortabab liqaları ilə əməkdaşlıq edirəm. Moldova Futbol Federasiyasından agent kimi rəsmi qeydiyyatdan keçmişəm. Ötən ildən başlayaraq Azərbaycan bazarına daxil olmuşam. Tezliklə Polşanın əsas liqasına 17 yaşlı futbolçu yollayacağam, İtaliyanın U-19 çempionatı ilə əməkdaşlıq edirəm. Ümid edirəm ki, tez zamanda azərbaycanlı futbolçuları da bu tipdə liqalara göndərə biləcəm.

Emil Şükürov: Əsas azərbaycanlı yerli futbolçuları xarici liqalara göndərməyə çalışıram. Fərdi olaraq menecerlik sahəsində yeniyəm, amma "Karvan"ın skout heyətinə bir çox futbolçuların Azərbaycana gətirilməsinə vasitəçi olmuşam. Məqsədim Ramillə birgə daha çox yerli futbolçuların Avropaya göndərilməsi və azərbaycanlı istedadlı futbolçu üzə çıxarmaqdır.

- Ramil, Azərbaycanın "transfer bazar"ına gəlməyinə səbəb nə oldu?

- Təsadüfən baş verdi. Burada fəaliyyət göstərmək fikrim yox idi.Emillə tanış olandan sonra "Dinamo Kiyev"də çıxış edən futbolçunu Moldova klubuna təklif etmişdi. Onun keçidi həll etdikdən sonra əlaqələrimiz möhkəmlənməyə başladı. Azərbaycanlı futbolçular haqda kifayət qədər məlumat aldım. Artıq buradakı oyunçular mənə maraqlı gəlməyə başladı. Bu səbəbdən də bir il ərzində 4-cü dəfədir ki, bura səfər edirəm. 

- Emil, bir il ərzində nə qədər futbolçu Ramilə təklif edib, transferinin həyata keçməsinə vasitəçi olmusunuz?

WhatsApp Image 2020 04 24 at 12.37.35

- İkinci transfer pəncərəsidir ki, birgə fəaliyyət göstərik. Daha çox Azərbaycan Premyer Liqasında çıxış edən klublara futbolçu təklif etmişik. İndiyə kimi 2 transfer həyata keçirtmişik, lakin təklif etdiyim və danışıqlar apardığımız futbolçuların sayı kifayət qədər çoxdur.

Azərbaycanlı futbolçuların xarici liqalarda çıxış edə bilməməsinin əsas səbəbləri  hansılardır?

Emil: Azərbaycanlı futbolçuların xarici bazara təklif olunmasında bir çox problemlər var. Bunun da bir sıra obyektiv səbəblər var. İlk problem, pasport məsələsidir. Azərbaycanlı futbolçular istənilən halda xarici çempionatlarda əcnəbi sayılırlar. Bir sıra skoutlar bu məsələyə ciddi yanaşırlar. İkinci məsələ bizim futbolçuların Avropada hələ ki, az tanınmasıdır. Renat Dadaşov, Ramil Şeydayev, Dmitri Nazarov kimi futbolçuları tanıyırlar, amma agentlər Azərbaycanın "transfer bazarı"na isti münasibət göstərmirlər. Üçüncü problem isə mental məsələdir. Avropa mədəniyyəti ilə bizimki çox fərqlənir. Son və əsas problem isə gənc və yeniyetmə futbolçularımızın istənilən səviyyədə olmamasıdır. 

- Azərbaycandakı agentlərlə Moldovakılar arasındakı əsas fərq nədir? 

WhatsApp Image 2020 04 24 at 12.34.55 2

- Ramil: İlkin olaraq deyim ki, hər iki ölkənin bu sahəsi bir-birindən kifayət qədər fərqlənir. Mən ancaq Moldovadakı şəraitdən danışa bilər. Futbolçular mental olaraq ölkə xaricində çıxış etməyə hazırdılar. İlk transfer təklifi gəldiyi halda bunu qəbul edirlər. Ancaq Avropanın qabaqcıl ölkələrinin liqalarında çıxış etmək istəmirlər. İstənilən liqada oynamağa can atırlar. 

Emil: Futbolçuların aldıqları maaşları həm mənfi, həm də müsbət cəhət kimi göstərə bilərik. Buradakı pullar kifayət qədər yüksəkdir. Futbolçular 15-20 min dollar arası maaş alırlar. Bu pulu Avropada onlara heç bir klub təklif etməz. Çünki göstərdikləri oyun qarşılığında bu pullar kifayət qədər şişirdilmiş sayıla bilər. İkinci məqam isə Azərbaycan çempionatına kifayət qədər əcnəbi futbolçular gəlirlər. Cənubi amerikalılar və serb futbolçulara klublarımız kifayət qədər maraq göstərirlər. Hələ ki, oyunçuların özləri də bura gəlməkdə çox maraqlıdırlar. Bu da azərbaycanlı agentlərin müsbət cəhətlərindən biridir. 

- Ramil, başqa hansı azərbaycanlı menecerlərlə əməkdaşlıq edirmisiniz? Ümumiyyətlə, "transfer bazarı"na girməyiniz digərlərində necə təəsürat yaratdı?

- Əslində çox adamı tanımıram. Sadəcə düşünürəm ki, digərləri yerli futbolçuların xarici bazara göndərməyə cəhd etmirlər. Əllərində kifayət qədər istedadlı futbolçular var, amma onların burada qalmasının tərəfdarıdırlar. Bilmirəm bu nədən irəli gəlir. Lakin 2-3 il burada oynadıqdan sonra həmin futbolçular burada itib-batırlar. 

- İstedadlı hesab etdiyiniz hansı futbolçuların adlarını çəkə bilərsiniz?

Ramil: "Qarabağ"dan Rahil Məmmədov, Mahir Əmrəli, Bir məqamı diqqətinizə çatdırım ki, Azərbaycan istedadlı və gənc hesab olunan futbolçulara Avropada eyni dəyəri vermirlər. Çünki digər ölkələrdə 15-17 yaşlıları belə adlandırırlar. Söhbət 21-23 yaşlı futbolçulardan gedir. Bizdə hələ də bu futbolçuları prespektivli kimi qələmə verirlər.

WhatsApp Image 2020 04 24 at 12.36.47

Emil: Rahil və Mahir Avropada oynaya biləcək futbolçulardır. Hər ikisinin Avropada oynamaq şansları kifayət qədərdir. Bəhlul Mustafazadə, Amin Seydiyev bu futbolçuların potensialları həqiqətən çox böyükdür. 

 

- Adlarını çəkdiyiniz futbolçuları sizdən maraqlanan olubmu?

- Ramil: Adını çəkdiklərimin hamısının şəxsi agentləri var. Bu səbəbdən də etik olaraq mənim onları kiməsə təklif edim. Lakin sırf azərbaycanlı olduğum üçün Mahir Əmrəli haqda məndən çox məlumat alırdılar. Nə təkliflər olurdusa, mən birbaşa onların menecerlərinin əlaqə nömrələri verirdim maraqlananlara. Onun transferinin alınıb-alınmaması isə məndən asılı olmayan səbəblərdir. Amma Avstriya Bundesliqasından tutmuş, Koreya çempionatı kimi Mahirlə maraqlanırdılar. Lakin təəssüflər olsun və yaxud xoşbəxtlikdənmi onunla əməkdaşlığım yoxdur. Bir daha xatırladım ki, hazırda və ötən yay ən çox maraqlanılan futbolçu idi.

Emil: Ötən il Ramil "Whyscout"un formunda iştirak edəndə Azərbaycandan olduğunu bilənlər ona yaxınlaşıb Mahir haqda soruşurmuşlar. Demirəm ki, hamısı transfer etmək niyyətində idilər, amma kifayət qədər diqqət mərkəzində olan futbolçudur. 

- Azərbaycan Premyer Liqasında limitin tətbiq olunması futbolçuların xarici liqalara üz tutmasına mane olurmu?

- Ramil: Bu məsələ düzgün istiqamətləndirilməlidir. 21 yaşa kimi futbolçular oynamalı və açılışmalıdırlar. İkinci məsələ var ki, məşqçi məcburdur ki, limitə görə, hər hansısa futbolçunu oynatsın. Sabahsı gün həmin şəxs istənilən potensialı verə biləcəkmi? Bax bu sualın cavabını heç kim dəqiqliklə bilmir. Müsbət tərəf kimi onu göstərə bilərəm ki, Moldovada "Şerif"in üzvü bu şansdan yararlandı. Bordinin vaxtında əsas heyətə cəlb olundu və Premyer Liqada, Avropa Liqasında çoxlu qollar vurdu. Həmin futbolçu Vitali Domoşko idi və mövsümün sonunda İtaliya A Seriyasına transfer olundu. "Torino" həmin futbolçu üçün 1,5 milyon avro ödədi. Hazırda Hollandiyanın "Fortuna" klubunda icarə əsasında çıxış edir.

- Təxminən 3 ay bundan öncə erməni futbolçuların Belarus, Qazaxıstan, Rusiya kimi ölkələrin çempionatlarında legioner sayılmaması ilə bağlı qərar qəbul edildi. Bu hadisə azərbaycanlı futbolçuların həmin liqalarda çıxış etməsinin üstündən xətt çəkə bilərmi?

- Ramil: Mənim fikrimə görə, futbolçunun həqiqətən istedadı varsa, artıq onu heç bir problemə baxmayaraq transfer edəcəklər. Ölkəsində onun legioner sayılıb-sayılmaması artıq burada əsas pioritet olmayacaq. Əsas məsələ keyfiyyətli futbolçu yetişdirməkdir. Oyunçularımız ermənilərdən daha üstün olsa, əlbəttə ki, "Lokomotiv", ÇSKA, BATE kimi klublar bizimkilərə üstünlük verəcəklər. Eyni səviyyəli futbolçular olanda isə azərbaycanlını seçməyəcəklər. Çünki onlar legioner sayılacaqlar

 

 - Azərbaycan Futbol Federasiyasının belə bir müqavilə imzalaması agentlərin işlərin asanlaşmasına səbəb ola bilərmi?

- Ramil: Axın olacağına inanmıram, amma millinin heyətində çıxış edən və formalaşmış futbolçuların Rusiyaya rahat transfer olunmasına şərait yaradacaq. Kütləvi halda transferlər olmamasının tək səbəbi isə uşaq futbolunun yetərincə inkişaf etməməsidir.

Emil: Bundan əlavə gərək bizim futbolçuların maaşlarına əl gəzdirilsin. Gəlin, təsəvvür edək ki, Türkiyə və ya Rusiya futbol federasiyası ilə belə bir müqavilə imzalandı. Hazırkı dövrdə, futbolçularımızın bu maaşları ilə onları hansı klub transfer edər? Yuxarı liqalarda çıxış edənlər oyunçuların səviyyəsindən razı qalmaz, aşağı çempionatlardakıların isə pulları çatmaz. Bu səbəbdən də həmin müqavilə imzalamaq, həm də futbolçuların maaşlarına əl gəzdirmək lazımdır.

 

- Xarici klublar Azərbaycandan futbolçu axtaranda hansı mövqeyə üstünlük verirlər?

- Ramil: Bizim futbolçuların ən güclü tərəfi texnikalı olmaqlarıdır. Topla çox yaxşı davranırlar. Mənə görə, istənilən yerdə, istənilən mövqedə futbolçular öz üstünlüklərini daha da təkminləşdirməlidirlər. Bu səbəbdən də hər hansı mövqe fərqləndirməsi eləmirəm. Amma həm gənc futbolçularımız, həm də millinin üzvləri çox texnikalıdırlar. Fiziki cəhətdən konkret problemləri var, amma bazardan Azərbaycan futbolçuları texnikalarını görə ad qazanıblar. 

Emil: Daha çox braziliyalılar kimi topla davranırıq. Bu səbəbdən də əcnəbi futbolçulara ucuz və texnikalı futbolçu lazım olanda, bizə müraciət edirlər.