"Messinin soyuq bir Stok səfərində oynamayacağı" düşüncəsi ingilis futbolunun insanı özündən çıxaran klişelerindən birinə çevrilib.
Endi Qreyə lazım olduğundan daha çox diqqət yetirməyimizin üzərindən uzun zaman keçir.
Bununla yanaşı, İsveçrənin sabiq milli oyunçusu Qrey bir zamanlar Britaniya futbolunun aparıcı fiqurlarından idi.
"Sky Sports"un əsas şərhçilərindən olan Qrey İngilis futbolunun izlənmə və marketinq şəklinin dəyişməsində önəmli rol oynayıb. Premyer Liqanın dünyanın ən yaxşısı olması fikrinin yaranmasında payı olub.
10 il əvvəl 2010-cu ilin "Ballon d'Or" namizədləri barədə fikir bildirən Qrey mükafatın favoriti Lionel Messinin İngiltərədə qöz qamaşdırıcı, ya da İspaniyadakı kimi yaradıcı oynaya bilməyəcəyini iddia edir.
"Aston Villa"nın sabiq forvardı, aparıcı Riçard Keysə verdiyi açıqlamada "Messi, "Stok Siti" səfərində soyuq gecədə ayaq üstə qala bilməz" deyir.
Qrey daha sonra Birləşmiş Krallığın tv ekranlarından yoxa çıxdı - o və Keys 2011-ci ilin yanvarında cinsiyyyətçilik qalmaqalına görə işdən çıxarılır - ancaq Messinin Premyer Liqada oynaya bilməyəcəyi düşüncəsi ortadan qalxmır.
Ötən ay Messinin "Barselona"dakı gələcəyinin sual altına düşdüyü günlərdə Emmanuel Petit "Mançester Siti"nin altı "Qızıl top" mükafatı olan Messi ilə maraqlanmasının səbəbini araşdırıb.
"Arsenal" və "Barselona"nın sabiq yarımmüdafiəçisi Peddi Poverə verdiyi açıqlamada "Dürüst olmaq lazımdırsa, onun İngiltərədəki oyunların ağırlığına uyğun olduğunu düşünmürəm. Özünü təhlükəyə atmaqdan və döyüşməkdən xoşlanmır. İspaniyada ehtiyatla oynayır" fikrini səsləndirir.
Bu qorunmanın necə gerçəkləşdiyini isə açıqlamır.
Yenə də önəmli deyil, çünki Messi 15 ildir sadəcə İspaniyada möcüzələr gerçəkləşdirmir. Onun sehri Avrokuboklarda da işə yarayır - xüsusilə də Premyer Liqa klublarına qarşı.
Diqqət edək, Messi Çempionlar Liqasında İngilis klublarına qarşı digər bütün ölkə təmsilçilərinə vurduğundan daha çox qol vurub.
2004-cü ilin dekabrında "Şaxtyor Donetsk"ə qarşı qrup matçında meydana çıxan argentinalı oyunçu, o gündən bəri İngiltərə klublarına qarşı 34 oyun keçirib. Bu oyunlarda 26 qol vurub, 32 qol ötürməsi edib.
Ən böyük qurbanı "Arsenal" olub. 2006-cı ildə Çempionlar Liqası finalında "Topçular"la oyunu zədə səbəbindən buraxsa da, daha sonra sözügedən komandaya qarşı bütün oyunlarda fərqlənib.
Şimali London klubuna qarşı keçirdiyi altı oyunda ümumilikdə doqquz qol vurub və bu qollardan dördü 2010-cu ilin aprelində "Nou Kamp"da keçriilən oyuna təsadüf edib.
Oyundan sonra jurnalistlərə açıqlama verən Arsen Venger onun haqqında bu sözləri işlədir: "Messi dünyanın ən yaşı oyunçusudur. O bir "pleysteyşn" oyunçusu kimidir. Etdiyimiz hər səhvdən yararlana bilir".
Bundan əlavə, Messinin unudulmaz performanslarından biri, şübhəsiz ki, toru dörd dəfə silkələdiyi "Mançester Yunayted"ə qarşı idi.
2009-cu ilin ÇL finalında başla vurduğu qolla hər şey edə biləcəyini ilk dəfə sərgiləyir. İki il sonra "Uembli"dəki final matçında qarşılaşdıqları "Mançester Yunayted"i 3-1 hesabı ilə məğlub etdikləri oyunda da komandasının ikinci qolunun müəllifi məhz Messi olur.
Bunlarla yanaşı, Messinin "Yunayted"ə qarşı performansları sırasında bir çox insanın ən sevdiyi anın ötən mövsüm Çempionlar Liqasının 1/4 finalında Fil Conesi çaş-baş salan keçidləri olub. Ancaq Cones Messi tərəfindən gülünc vəziyyətə salınan ilk ingilis deyildi...
2015-ci ildə Çempionlar Liqasının 1/8 finalında qarşılaşdıqları "Mançester Siti" ilə oyunda Ceyms Milnerə atdığı ayaq arası, o zaman "Bavariya"nın sükanı arxasında olan Xosep Qvardiola da daxil stadiondakı hər kəsi heyran etmişdi.
Qvardiolanın "Mançester Siti"yə gəlişindən sonra çox şey dəyişdi. 2016-cı ildə "Eithad" stadionunda keçirilən qrup mərhələsi matçında "Barselona"nı məğlub etdilər. Bu qələbə altı oyunda qapılarına altı qol vuran Messinin komandası üzərində qazandığı yeganə qalibiyyət olur.
Ötən mövsümün qrup mərhələsində isə "Uembli"də şah əsəri oyunlarından birini sərgiləyən Messi "Tottenhem"lə oyunda dubl edir.
Əlbəttə, Messinin İngiltərə klublarına qarşı həyal qırıqlığına uğradığı oyunlar da yox deyil. Ən ağır 2 məğlubiyyət ingilis klubları ilə oyunda qeydə alınıb.
"Barsa" ilə olduqca çox rəqabət aparan "Çelsi"yə qarşı keçirilən 10 oyunda altı qola qatqısı olub, 2018-ci ilin martında isə iki qolun müəllifi olub.
Bundan əlavə, 2012-ci ildə "zadəganlar"a sürpriz şəkildə məğlub olduqları yarımfinalda penalti zərbəsi üst dirəyə tuş gəlir. O zərbə qol olsaydı, katalonlar ilk yarıda Con Terrinin qırmızı vərəqə ilə oyundan çıxarılmasından sonra hesabı 3-1 edəcəkdilər və yekunda 3-2 öndə olacaqdılar.
"Barselona"nın sabiq oyunçusu Aleksis Sançes penaltinin qaçıran Messinin paltardəyişmə otağında ağladığını açıqlamışdı. Eynilə ötən mövsüm "Barselona"nın "Enfild"dəki məğlubiyyətindən sonra Joel Matibin Messini oxşar şəkildə çökmüş olaraq gördüyünü açıqlaması kimi.
"Barsa" ilk oyund 3-0 qələbə qazanmış, iki qolu Messi vurmuşdu. "Barselona" 2015-ci ildən sonra ilk dəfə ÇL finalına yüksəlmək şansını "Enfild"də 0-4 hesabı ilə uduzaraq itirir.
Hər iki gecədə diqqət çəkən şey Messinin bütün üstün bacarıqlarına rəğmən insan olması idi. Ancaq bunlar onun İngiltərədə mübarizə apara bilməyəcəyi iddiasını dəstəkləmir. Nə əlaqə?
Son olaraq, 2011-12 mövsümünün başlanğıcından bu yana Premyer Liqanın altı böyüyünə qarşı ən çox qol vuran beş futbolçu sırasında yer alan birindən bəhs edirik. Premyer Liqada oynamamasına rəğmən, Harri Keyn ilə eyni qol göstəricisinə sahibdir - 26.
Bu səbəbdən İngiltərə futbolunun ağırlığının ona uyğun olmayacağının müzakirə edildiyini anlamaq çətindir.
Ya da karyerasında ən çox qol vurduğu ikinci komandanın 31 qolla Dieqo Simeonenin "Atletiko Madrid"i olan bir oyunçunun, Toni Pulişin "Stok Siti"sinə qarşı problem yaşayacağına inanmaq.
Messi isə "Sky Sports'"a verdiyi açıqlamada buna inanlara belə cavab vermişdi: "Mənim İngiltərədə oynaya bilməyəcəyimi deyənlər, 11 yaşım olanda Rosarioda şüşə qırıqlarının, çüxurların və başqa bir çox şeylərin olduğu bir sahədə oynadığımı bilməlidirlər".
Reallıq budur ki, Messi daima Dieqo Maradona qədər böyük olmadığı, Dünya kubokunu qazanmadığı, ya da "Barselona"da illərcə bu qədər yaxşı oyunçular tərəfindən dəstək görməsəydi heç bir şey bacara bilməyəcəyi kimi ittihamlarla yaşamaq məcburiyyətində qalacaq.
Ancaq, yağmurlu və soyuq bir Stok səfərində oynamayacağı düşüncəsi artıq keçmişdə buraxılmalıdır. Eynilə, Endi Qreyin digər inancları kimi...
Mənbə: Goal.com