Futbolsevərləri bayram günlərində sevindirmək üçün müxtəlif yarışların unudulmaz anlarını nəzərinizə çatdırırıq.
2002-ci ildə keçirilən dünya çempionatının unudulmaz anları ilə qarşınızdayıq.
1. İlk sensasiya elə açılış oyununda baş tutur. 1998-ci ilin dünya çempionu Fransa yığması ilk dəfə dünya çempionatına vəsiqə qazanan Seneqal yığmasına məğlub olur.
Fransa növbəti iki oyunda yalnız bir heç-heçə edir və turniri 1 xalla başa vurub, evə yollanır.
2. Uruqvayın müdafiəçisi Dario Rodriqez Danimarkanın qapısından möhtəşəm qol keçirir.
3. Rivaldo Türkiyə ilə oyunda simulyasiya edir və milyonların sevimlisi bir hərəkətlə karyerasına böyük ləkə salır.
4. Roberto Karlos möhtəşəm cərimə zərbəsi ilə Çinin darmadağınının əsasını qoyur.
5. Almaniya Səudiyyə Ərəbistanının qapısından 8 cavabsız qol keçirir. 1982-ci ildən sonra heç bir komanda belə böyük hesablı qələbə qazanmamışdı.
6. Meksika Borqettinin gözəl baş zərbəsi ilə önə keçdiyi oyunun 85-ci dəqiqəsində İtaliya bərabərliyə nail olur. Son dəqiqələrdə hər iki komandaya sərf edən nəticəni əldə etmək üçün futbolçular sadəcə topu bir-birlərinə ötürür.
7. 1/8 finalda Cənubi Koreya hakimlərin köməyi ilə İtaliyanı turnirdən kənarlaşdırır.
8. Ronaldinyo öz məşhur qolunu İngiltərənin qapısından keçirir.
9. ¼ finalda hakimlər lap “ağını çıxarır”, C.Koreya oyun ərzində 3 qolu ləğv olunmuş İspaniyanı penaltilərlə məğlub edir.
10. İlhan Mansız Seneqalın qapısından o vaxtkı uşaqları sevinmək üçün küçələrə çıxaran qızıl qolu keçirir.
11. Türkiyə və Braziliya turnirdə ikinci dəfə üz-üzə gəlir və yenə də “sambaçılar” güclü tərəf olur.
12. 3-cü yer uğrunda oyunda Hakan Şükür DÇ tarixinin ən erkən qolunu vurur. Türkiyə C.Koreyanı 3:2 məğub edib 3-cü olur.
13. Turniri əla keçirən Oliver Kan finalda böyük bir səhv edir və nəticədə Ronaldonun dublu ilə Braziliya 5-ci dəfə dünya çempionu olur.
14. Kafu hamıdan yuxarıda.
15. Bonus olaraq bu turniri unudulmaz edən Ronaldo və Ümit Davalanın saç düzümləri.