"Kəpəz" heyətinə yeni mərkəz müdafiəçisi cəlb edib.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, 29 yaşlı alban futbolçu David Domgyoni bundan sonra Gəncə təmsilçisində çıxış edəcək. 1,90 metr boya malik futbolçu ilə razılıq əldə olunub.
Peşəkar karyerasına "Tirana"da başlayan təcrübəli müdafiəçi müxtəlif illərdə "Kastrioti", "Liria Prizren", "Laçi", "Menemenspor", "Lütsern", "Termalitsa Neçetşa", "Manisa", "Tobol" və "Partizani Tirana" kimi klubların şərəfini qoruyub.
David Domgjoninin son dayanacağı isə İsrailin "Hapoel" (Yerusalim) kollektivi olub.


