Onlayn Millətlər Kubokunda iştirak edən Azərbaycan şahmatçısı Teymur Rəcəbov 5-6-cı tur qarşılaşmaları barədə təəssüratlarını "Twitter" hesabında bölüşüb.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı qrossmeyster onlayn şahmata uyğunlaşmaqda çətinlik çəkdiyini etiraf edib: "Vaxt idarəetməsi pisdir. Klassik şahmat rejimində oynayırıq. Uyğunlaşmaq lazımdır. Bunun üçün praktika, praktika və praktika toplamalıyam. 2021-ci ilə doğru formama qayıdacağıma inanıram".
Qeyd edək ki, Teymur Rəcəbovun yer aldığı dünya yığması V turda Avropa yığmasına (1.5:2.5), VI turda isə Çinə (0,5:3,5) uduzub.