Bu gün Yay Olimpiya Oyunlarında cüdo yarışlarının püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, turnirdə 9 cüdoçu ilə mübarizə aparacaq Azərbaycan millisinin üzvlərinin rəqibləri müəyyənləşib.

Kişilər

27 iyul, 60 kq

Balabəy Ağayev – Simon Zulu (Zambiya)/Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi

28 iyul, 66 kq

Yaşar Nəcəfov – Straxinya Bunçiç (Serbiya)

29 iyul, 73 kq

Hidayət Heydərov – Tohar Bitbul (İsrail)/Reduan Masud Dris (Əlcəzair) cütünün qalibi

30 iyul, 81 kq

Zelim Tçkayev – Umar Alfa Djalo (Fransa)/Abdelrahman Abdelqani (Misir) cütünün qalibi

31 iyul, 90 kq

Elcan Hacıyev – Mihael Zqanq (Türkiyə)

1 avqust, 100 kq

Zelim Kotsoyev – Pyotr Kuçera (Polşa)/ Tomas Briçeno (Çili) cütünün qalibi

2 avqust

Uşanqi Kokauri – Rafael Silva (Braziliya)

Qadınlar

27 iyul, 48 kq

Leyla Əliyeva – Xalimajon Kurbanova (Özbəkistan)

28 iyul, 52 kq

Gültac Məmmədəliyeva – Anjelika Delqado (ABŞ)

Yarışlara iyulun 27-də start veriləcək.