FİFA İsraillə bağlı yekun qərarın verilmə tarixini yenidən uzadıb.
Offsideplus.az xəbər verir ki, qurum hazırkı durumda vəziyyətin mürəkkəb olduğunu düşünür. Müstəqil qiymətləndirmə avqustun 31-nə kimi FİFA-ya təqdim olunacaq.
Qeyd edək ki, bir müddət öncə Fələstin Qəzzadakı hərəkətliliyə görə İsrailin yarışlardan uzaqlaşdırılmasını tələb etmişdi.
FİFA-nın yekun qərar verməməsi yəhudi dövlətinə sərf edib. Onlar Parisdə keçiriləcək Olimpiyadada iştirak edə biləcəklər. İsrail Mali, Yaponiya və Paraqvayla bir qrupda yer alacaqlar.