2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb.

Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, bu günə qədər təxminən 8.6 milyon bilet azarkeşlər tərəfindən alınıb.

Əlavə olaraq bildirilib ki, Paralimpiya Oyunları üçün bir milyondan çox bilet satılıb. 

Qeyd edək ki, bu, sözügedən yarış üçün rekord göstəricidir. Satışında son rekord 8,3 milyon biletlə 1996-cı ildə Atlantada keçirilən oyunlarda qeydə alınıb

Olimpiada iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.