Yığmamız Avropa çempionatında iştirak edəcək.

Offsideplus.az xəbər verir ki, 12-20 fevral 2024-cü il tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada ağırlıqqaldırma üzrə Avropa çempionatı keçiriləcək. 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edəcək.
Heyət aşağıdakı kimidir:
Qadın:
Nazilə İsmayılova (45 kq)
Kişilər:
İsa Rüstəmov, Tehran Məmmədov (hər ikisi - 67 kq), Ömər Cavadov (73 kq), Ravin Alməmmədov, Füqan Əliyev (hər ikisi - 81 kq), Nurlan Məmmədzadə (89 kq), Əli Şükürlü (102 kq), Dadaş Dadaşbəyli (109 kq).