Tokio 2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin Sədri Seiko Haşimoto Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimov və Baş Katib Kamal Məmmədovla görüşüb.
Offsideplus.az xəbər verir ki, görüş zamanı o, idmançılarımızın nailiyyətlərinə heyran qaldığını bildirib, nəticələrini yüksək qiymətləndirərək təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Eyni zamanda, komitə prezidenti İlqar Rəhimov Seiko Haşimotoya oyunların yüksək səviyyədə keçirildiyinə görə təşəkkür edib, qonaqpərvərliklərinə görə dərin minnətdarlıqlarını bildirib.