Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparan belçikalı tennisçisi Yoahim Jerar yarış vaxtı huşunu itirib.

Offsideplus.az Belçika Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, 32 yaşlı idmançı sentyabrın 1-də keçirilən yarışda özündən gedib və xəstəxanaya çatdırıldıqdan sonra ayılıb.

Həkimlər buna ürək probleminin səbəb olduğunu bildiriblər.

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan Yoahim Jerar dünya sıralamasında 3-cü yerdədir.