Üzgüçümüz Vəli İsrafilov Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycan adına 11-ci qızıl medalı qazanıb.
Offsideplus.az xəbər verir ki, o, 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1 dəqiqə 04.86 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb.
İsrafilov həmçinin paralimpiada rekordunu da qırıb. 19 yaşlı idmançı ən gənc paralimpiya çempionu kimi ölkənin tarixinə düşüb.
İdmançımızın mükafatlandırılma mərasiminin videosunu təqdim edirik: