Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımıza təbrik ünvanlayıb.

Offsideplus.az xəbər verir ki, dövlət başçısı bununla bağlı şəxsi tvitter hesabında paylaşım edib:

“Növbəti qızıl medal sevincini bizə bəxş etdikləri üçün Dürsədəf Kərimovaya, rekordçularımız Həmid Heydəri və Elvin Astanova təşəkkür edir, onları qələbələri münasibətilə ürəkdən təbrik edirəm!”.

Ölkə başçısı bürünc medal qazanan idmançılarımızı da təbrik edib. Paylaşımda deyilir: “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən komandamızın üzvləri – İlham Zəkiyev, Namiq Abbaslı və Pərvin Məmmədovu səmimi qəlbdən təbrik edirəm!”.