Tokio-2020 Yay Paralimpiya Oyunlarında beşinci yarış gününə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, komandamız günü 2 qızıl, 1 bürünc medalla başa vurub. Bununla da hesabında 9 qızıl, 3 bürünc medal olan yığmamız 7-ci pillədəki mövqeyini qoruyub.
Zirvədə isə Çin millisi qərarlaşıb.
Qeyd edək ki, Paralimpiadaya sentyabrın 5-də yekun vurulacaq.