Tokioda 2020 Yay Paralimpiya Oyunları davam edir.
Offsideplus.az xəbər verir ki, yarışların 3-cü günündə cüdoçumuz İlham Zəkiyəv tatamiyə çıxıb.
+100 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız ilk olaraq Cek Hocsonu (Böyük Britaniya) məğlub edib, lakin 1/4 finalda Cənubi Koreya təmsilçisi Van Qyen-Çoiyə uduzaraq, təsəlliverici görüşlərdə iştirrak etmək hüququ qazanıb. Burada yamaykal Teodor Subbunu üstələyərək, bürünc medal uğrunda mübarizədə özbəkistanlı Şirin Şaripova qalib gəlib və bürün medalın sahibi olub.
Qeyd edək ki, bu, İlham Zəkiyevin sayca 4-cü Paralimpiya medalı olub: daha əvvəl o, 2004 və 2008-ci illərdə qızıl, 2012-ci ildə isə bürünc medal qazanıb.
Bununla da, Azərbaycan 12-ci Paralimpiya medalını aktivinə yazıb: 9 qızıl, 3 bürünc.