Tokio 2020 Yay Paralimpiya Oyunlarında üçüncü yarış gününə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, Azərbaycan komandası bu gün 3 "qızıl", 1 "bürünc" qazanıb. Beləliklə, hesabında 3 qızıl, 2 bürünc medal olan  yığmamız sıralamada 10-cu yerə yüksəlib.

İlk pillədə Çin yığması qərarlaşıb. Böyük Britaniya ikinci, Rusiya isə üçüncüdür.

Qeyd edək ki, Paralimpiadaya sentyabrın 5-də yekun vurulacaq.