Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan paracüdoçularının ilk rəqibləri bəlli olub.

Offsideplus.az-ın məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən ikiqat paralimpiya çempionu İlham Zəkiyev Böyük Britaniya təmsilçisi Cek Hodjsonla üz-üzə gələcək.

Tokio-2020 Yay Paralimpiya Oyunları

Kişilər

60 kq

Vüqar Şirinli - Henri Borges (Uruqvay) / Recep Çiftçi (Türkiyə) cütünün qalibi

68 kq

Namiq Abaslı - Bannon İbanes (İspaniya) / Luis Peres (Puerto-Riko) cütünün qalibi

81 kq

Hüseyn Rəhimli - Daniel Pouel (Böyük Britaniya) / Harli Pereyra (Braziliya) cütünün qalibi

100 kq

Kənan Abdullaxanlı - Şərif Xəlilov (Özbəkistan)

+ 100 kq

İlham Zəkiyev - Cek Hodjson (Böyük Britaniya)

Qadınlar

48 kq

Şəhanə Hacıyeva - Şuzika Hanqai (Yaponiya)

52 kq

Bəsti Səfərova - Yui Fucivara (Yaponiya)

57 kq

Sevda Vəliyeva - Dayana Fedosova (Qazaxıstan) / Halithon Husan (Qırğızıstan) cütünün qalibi ilə

63 kq

Xanım Hüseynova - Hiroko Kudo (Yaponiya) - Liana Mutia (ABŞ) cütünün qalibi

+70 kq

Dursədəf Kərimova - Anastasiya Harnik (Ukrayna)

Qeyd edək ki, cüdo yarışları avqustun 27-də başlayacaq. Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.