Azərbaycanın paralimpiya komandasının ilk heyəti Yay Paralimpiya Oyunları üçün Tokiodakı atletlər kəndinə daxil olub.

Milli Paralimpiya Komitəsindən Offsideplus.az-a verilən məlumata görə, Yaponiyanın Şika şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edən üzgüçülük üzrə yığma komanda paytaxta çatıb.

Qeyd edək ki, bu idman növündə ölkəni Vəli İsrafilov, Danna Şandıbina və Saleh Raman təmsil edəcək. Paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək. Azərbaycanın 36 idmançısı 9 idman növündə, 47 proqramda mübarizə aparacaq.