Yaponiyaya Paralimpiya Oyunlarında iştirak etmək üçün gələn gürcüstanlı idmançı xoşagəlməz hadisə ilə gündəmə düşüb. 

Offsideplus.az xəbər verir ki, adı gizli saxlanılan cüdoçu komanda yoldaşları ilə birlikdə qaldıqları oteldə alkoqollu içkilər qəbul ediblər. Onlara yaxınlaşan 60 yaşlı mühafizəçi qonaqlardan özlərini sakit aparmaqlarını tələb edib. Buna cavab olaraq, gürcü idmançı mühafizəçini döyərək, onun qabırğasını sındırıb. 

Hal-hazırda paralimpiyaçı polis tərəfindən saxlanılıb. Onun 24 avqustda start götürəcək Oyunlarda iştirak etməyəcəyi dəqiqdir.