Tokio-2020 Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, Yaponiya Milli Stadionunda koronavirus pandemiyası səbəbindən azarkeşsiz təşkil olunan tədbirdə əvvəlcə 6 yerli idmançı Yaponiya bayrağını meydanın mərkəzinə gətirib və dövlət himni səsləndirilib.

Bağlanış mərasimində Azərbaycanın bayraqdarı Olimpiadanın gümüş medalçısı Hacı Əliyev olub.

Qeyd edək ki, ölkəmiz 44 idmançı ilə qatıldığı Tokio-2020-də 3 gümüş, 4 bürünc medal qazanaraq 67-ci yerdə qərarlaşıb.

{gallery preview_height=400}2021-08-08/tok-1/{/gallery}