Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 19 növ üzrə mübarizə aparılıb.

Offsideplus.az xəbər verir ki, 2 gümüş və bir bürünc müdal qazanan Azərbaycan iki pillə irəliləyib. Hazırda ölkəmiz sıralamada 3 gümüş və 4 bürünc medalla 67-cidir.

Siyahıya 87 (38 qızıl, 31 gümüş, 18 bürünc) medalla Çin başçılıq edir.

108 (36 qızıl, 39 gümüş, 33 bürünc) medal qazanan ABŞ 2-ci sırada yer alıb. 3-cü yeri isə 27 "qızıl", 12 "gümüş" və 17 "bürünc"lə Yaponiya qapayır.

Qeyd edək ki, Tokio-2020-yə sabah yekun vurulacaq.