Futbol üzrə Braziliya yığması Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi adını qazanıb.

Offsideplus.az xəbər verir ki, cənubi amerikalılar həlledici matçda İspaniya millisini 2:1 hesabı ilə məğlub edərək olimpiadanın qalibi olub.

Qeyd edək ki, "sambaçılar" 2016-cı il Riodakı Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmışdı.