Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 6-cı medalı təmin edib.

Offsideplus.az xəbər verir ki, bu, 61 kq-dan yuxarı çəkidə çıxış edən qadın karateçimiz İrina Zaretskanın A qrupunu 1-ci yerdə başa vuraraq yarımfinala yüksəlməsi ilə reallaşıb.

Qrupdakı döyüşlərində 3 qələbə qazanan, 1 dəfə uduzan idmançımız  ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, bunadək karateçi Rafael Ağayev (75 kq) gümüş, cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıb. Sərbəst güləşçi Hacı Əliyev (65 kq) isə finala yüksəlməklə özü üçün ən azı gümüş mükafatı təmin edib.