Koronavirus pandemiyasına görə dayandırılmış İngiltərə Premyer Liqası mövsümü iyunun 13-də davam etdirə bilər.

Offsideplus.az  “Mirror”a istinadən xəbər verir ki, liqa rəhbərliyi  çempionatın davamının müddəti barədə klublara, futbolçulara və məşqçilərə məktub göndərib. Komandalar qrup məşqlərini may ortalarında başlayacaqlar. Yekun qərarı Böyük Britaniya hökuməti verəcək.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının klubları turnirin 8 iyunda davam etdirilməsi məsələsini mayın 1-də müzakirə edəcəklər.