“Sabah” Futbol Klubu müdafiəçi Boyan Letiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Offsideplus.az xəbər verir ki, Boyan Letiç 2022-ci ilin fevralından “Sabah”ın üzvü idi və komandanın heyətində ümumilikdə 125 oyun keçirib.
33 yaşlı müdafiəçi “Sabah” tarixində önəmli rol oynamış futbolçulardandır. O, həm komandanın avrokuboklarda ilk qolunun müəllifidir, həm də “Sabah”ın tarixində ən çox oyun keçirmiş ikinci futbolçu hesab olunur.
Letiç, həmçinin, “Sabah”ın heyətində Premyer Liqanın gümüş və bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.
Klub Boyan Letiçə xidmətlərinə görə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayır.



