"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze cəzalanıb.

Offsideplus.az xəbər verir ki, o, 4 oyunda komandasını texniki zonadan idarə edə bilməyəcək.

Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna səbəb gürcü mütəxəssisin "Qarabağ"la matçda hakimləri təhqirə etməsidir.

"Qırmızı-qaralar" buna görə eyni zamanda 10 min manat cərimələnib.