“Araz-Naxçıvan” klubu baş məşqçisi Elmar Baxşıyevlə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, klub hələ ki, bu barədə rəsmi açıqlama verməyib.
Elmar Baxşıyev də sorğumuza cavabında faktı təkzib etməsə də, məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib.
Qeyd edək ki, mütəxəssisin “Araz-Naxçıvan”la müqaviləsi 2026-cı ilin yayına qədər idi.



