Misli Premyer Liqasında 2-ci dövrəyə start verilib.
Offsideplus.az xəbər verir ki, bu günün ilk oyununda "Araz-Naxçıvan" və "Turan Tovuz" üz-üzə gəlib.
Görüş "Liv Bona Dea Arena"da təmir işləri getdiyi üçün Sumqayıtda oynanılıb.
Tərəflər hərəyə 1 qol vurub - 1:1.
Çempionatın bombardiri olan Naxçıvan təmsilçisinin hücumçusu Ba-Muaka Simakala 7-ci dəfə fərqlənib.
Qonaqların qoluna Ayxan Hüseynov imza atıb.
"Turan Tovuz" 23 xalla 2-ci, "Araz-Naxçıvan" isə 20 xalla 6-cı yerin sahibidir.
Misli Premyer Liqası, XII tur
22 noyabr
15:00. "Araz-Naxçıvan" - "Turan Tovuz" 1:1
Qollar: Ba-Muaka Simakala, 21 - Ayxan Hüseynov, 78.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu



