Misli Premyer Liqasında VIII tura bu gün yekun vurulub.

Offsideplus.az xəbər verir ki, qapanış matçında "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edib.

Gərgin keçən oyunda qalib müəyyənləşməyib - 2:2.

"Neftçi" cari mövsümdə altıncı dəfə heç-heçə oynayıb.

"Ağ-qaralar" xalını 9, "Araz-Naxçıvan" isə 15 edib.


Misli Premyer Liqası, VIII tur

19 oktyabr (bazar)

18:30. “Neftçi” – “Araz-Naxçıvan” 2:2 (ikinci hissə)

Qol: Bassala Sambu, 19, Emin Mahmudov, 55 - Simakala, 36,47

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov

VAR: Nicat İsmayıllı

AVAR: Asiman Əzizli

“Palms Sports Arena”