Misli Premyer Liqasının VIII turunda keçiriləcək oyunların hakim təyinatları açıqlanıb.
Offsideplus.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, “Turan Tovuz" - "Qarabağ" oyununu FIFA referisi idarə edəcək.
Qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq.
Qeyd edək ki, "Turan Tovuz" – "Qarabağ" matçı oktyabrın 17-də baş tutacaq. Görüşün start fiti saat 19:00-da səslənəcək.



