Misli Premyer Liqasının VII turunda "Neftçi" səfərdə "Zirə" ilə heç-heçə edib.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov görüşlə bağlı fikirlərini bildirib:

"Komandamla qürur duyuram. Oyuna yaxşı başlaya bilmədik. Bu da rəqibə görə idi. Çox sərt rəqibdir. Oyunda hər şey baş verə bilərdi. "Neftçi" həmişə tənqid olunurdu ki, ruhsuzdular, meydanda döyüşmürlər. Biz onu qaytara bilmişik. 

Biz bu çempionatda yalnız rəqibə qarşı oynamırıq. Oyunçularımıza da bunu öyrətməliyik. Meydanda baş verənlər bunu göstərir".

O, görülməli işlərin çox olduğunu da bildirib:

"İşimiz çoxdur. Yeni oyunçular gətirmişik. Mən düşünmürəm ki, təkcə bu oyunda. Öncəki oyunlarda da meydanda göstərdiyimiz oyunla favorit biziydik".

S. Abasov hakimliklə bağlı şikayətlərini davam etdirib:

"Göstərməyən VAR-dan penalti çıxardı. Belə bir şey yoxdur. 4-cü hakimə dəfələr yalvardım ki, Kurçi epizoduna da baxsınlar. Dedi ki, deyəcəm. Bilirdim ki, deməyəcək. Amma dəfələrlə təkrarladım.

Sonra baş hakimə yaxınlaşdım, o, dedi mənə heç nə deməyiblər".