Misli Premyer Liqasının III turunda "Neftçi" "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçı şərh edib:

"Qol şanslarımız oldu. Bəxtimiz də gətirmir. 100 faizlik şanslarımız oldu, vura bilmədik. Əvvəlki 2 oyuna baxanda bugünkü "Neftçi" fərqli idi. Həddindın artıq dinamik idik. Qol buraxandan sonra oyunumuzu itirdik. İkinci hissədə qırmızı vərəqədən sonra planlarımız pozuldu. 10 nəfər qalandan sonra istər-istəməz əks-hücumda yaxalanırsan".

S.Abasov qapıçı seçimi ilə bağlı açıqlama verib:

"Super Liqadan qapıçı gətirmək asan iş deyil. Bunu “Neftçi” bacardı. Ayrı-ayrı oyunçulardan danışmaq istəmirəm. Bugünkü oyun bizim üçün siqnaldır, ümiddir. Hətta birinci hissədə oynamış oyunçuların bir az əskikliyi var. Bu çox da sezilmədi. Çünki dominant oynayırdıq. Xal itirdikdən sonra nələri etdiyimizi demək bir az mənasız görünür