"Sabah"ın hücumçusu Coy-Lens Mikels ötən gün "Şamaxı" ilə matçda dubl edib.

Offsideplus.az xəbər verir ki, o, bu qollarla Azərbaycan çempionatlarında vurduğu qolların sayını 40-a çatdırıb. O, 86 oyunda bu rəqəmə çatıb.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Mikels turnirin tarixində 40 və daha çox qol vuran 68-ci futbolçudur. O, bunu bacaran legioner statuslu 9-cu oyunçudur.

Almaniyalı hücumçu Premyer Liqada eyni klubda 40 və daha çox qola sevinən 27-ci futbolçu kimi tarixə düşüb. O, Abdullah Zubir, Reynaldo Silva (hər ikisi “Qarabağ”) və Fernando Peresdən (“Bakı”) sonra eyni klubda ən azı bu qədər qol vuran 4-cü legionerdir.