Misli Premyer Liqasının II turunda "Araz-Naxçıvan" "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçı şərh edib: 

"Ağır oyun alındı. İstədiyim komandanı bu gün meydanda gördüm. Düşünümrəm ki, avrokuboklar bizə müsbət və ya mənfi təsir etdi. İlk dəfə idi ki, orada mübarizə aparırdıq. Başımızdan yuxarı tullanmağa çalışdıq, amma alınmadı. 5 ildir ki, məni vəzifəmdən göndərməyə çalışırlar. Amma mən burdayam. Tənqidi qəbul edirik. Futboldur, bəzən alınmaya bilər. Ümidverici məqam odur ki, komamdam geridönüş etməyi bacarır".