Azərbaycan çempionu "Qarabağ" 2025/2026 mövsümü üçün yeni formaları təqdim edib.
Offsideplus.az xəbər verir ki, Ağdam klubunun üzvləri qarşıdakı futbol ili üçün formaları Şuşada nümayiş etdiriblər.
Azərbaycanın dilbər guşəsində lentə alınmış təqdimat videosu "Qarabağ"ın sosial media səhifələrində yayımlanıb.