2025-26 mövsümündən etibarən Misli Premyer Liqasında mübarizə aparacaq "Karvan" klubunda növbəti ayrılıq yaşanıb.
Offsideplus.az xəbər verir ki, Yevlax təmsilçisi müdafiəçi Müşviq Teymurovla vidalaşıb. Onunda bağlanan müqavilənin müddəti bitib.
Yevlax futbol məktəbinin yetirməsi olan Teymurov son iki mövsümdə "Karvan"da 45 oyun keçirib və komandanın kapitanlarından olub.
Qeyd edək ki, "Karvan" daha öncə Emil Qasımov, Ezekiel Morqan, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılovla yollarını ayırıb.