Ötən mövsüm fiaskoya uğrayan “Neftçi” komandası növbəti çempionatın hazırlığına start verib.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Samir Abasovun yetirmələri bu gün “Neftçi” Futbol Mərkəzində məşqlərə başlayıblar.
Təlim-məşq toplanışının birinci mərhələsi iyulun 14-dək Bakıda baş tutacaq.
İkinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq. “Binkovski Hotel”də məskunlaşacaq “ağ-qaralar” orada 4 yoxlama görüşü keçirəcəklər.
Qeyd edək ki, "Neftçi" mövsümlərarası fasilədə hələlik 12 futbolçu ilə yollarını ayırıb. Əvəzində heyətə yalnız bir yeni oyunçu - Benin yığmasının dayaq yarımmüdafiəçisi Sessi D'Almeyda cəlb olunub.