2025/2026 mövsümündə Misli Premyer Liqasında mübarizə aparacaq "Karvan" rəhbərliyi daha bir futbolçu ilə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, Yevlax təmsilçisi hücumçu Bəhruz Teymurovla yollarını ayırıb.
31 yaşlı futbolçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Xatıaldaq ki, bu, mövsümlərarası fasilədə "Karvan"dan gedən üçüncü oyunçu olub. Bundan öncə Emil Qasımov və Ezekiel Morqan heyətdən kənarlaşdırılıb.