“Neftçi”nin sabiq futbolçusu Ervin Koffi karyerasını Fransa 2-ci Liqasında davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı müdafiəçi “Qenqamp” klubuna transfer olunub. Müqavilə 2 il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, E.Koffinin "ağ-qaralar"dan gedişi dünən açıqlanmışdı. 2023-cü ilin yayından “Neftçi”də forma geyinən futbolçu bu müddətdə 75 rəsmi oyuna çıxıb, 3 qol vurub.