“Neftçi” klubu Filip Ozobiçlə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki Xorvatiya yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Qeyd edək ki, 2023-cü ilin yayından “Neftçi”də çıxış edən Ozobiç bu müddətdə 70 rəsmi oyunda meydana çıxıb, 16 qol vurub.

Qeyd edək ki, "Neftçi" rəhbərliyi bundan öncə 10 futbolçu - Robert Bauer, Rafael Quzzo, Yeqor Boqomolski, Dembo Darbo, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi və Rüstəm Samiqullinlə vidalaşıb.